Qrup hərəkətləri komandamızdan bürünc medal

Qrup hərəkətləri komandamızdan bürünc medal

BOK

09.05.2021, 15:23

Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında bürünc medal qazanıb. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın 5 topla çıxışı 44 xalla qiymətləndirilib. Yarışın qalibi Bolqarıstan komandası olub. Onların aktivində 45,600 xal var. İtaliya gimnastları 44,500 xalla yarışı ikinci pillədə başa vurublar. Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR