Mayamidə Hard Rock Stadiumda təşkil olunana boks şousu sona çatıb. Gecənin əsəs döyüşü amerikalı boksçu Floyd Meyvezer ilə YouTube blogeri Loqan Pol arasında keçirilib. Sərgi döyüşü 8 raunddan ibarət olub. Amma nə qədər gözlənilməz olsa da, Meyvezer 8 raund ərzində bloggerə qalib gələ bilməyib və görüş heç-heçə başa çatıb.
Qeyd edək ki, 44 yaşlı F.Meyvezer yarımorta çəki dərəcəsində 50 dəfə qələbə qazanıb və bir dəfə də olsun məğlub olmayıb. 2017-ci ilin avqust ayında boksçu xüsusi WBC Money Belt kəməri uğrunda UFC döyüşçüsü Konor Makqreqora qalib gəlmişdi. 26 yaşlı L.Polun hesabında isə boks qaydalarına uyğun bir döyüş var. O, 2019-cu ilin noyabr ayında 6 raunddan ibarət döyüşdə hakimlərin qərarı ilə həmkarı YouTube KSI-ə məğlub olub.
Gözlənilən döyüşdən gözlənilməz nəticə