Avropa Olimpiya Komitəsinin yeni prezidenti müəyyənləşdi

Avropa Olimpiya Komitəsinin yeni prezidenti müəyyənləşdi

BOK

10.06.2021, 19:36

Avropa Olimpiya Komitəsinin (AOK) yeni prezidentinin adına aydınlıq gəlib. Qurumun yeni prezidenti Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralos seçilib. O, 34 səslə digər namizədləri qabaqlayıb. Onun rəqibi, qurumun sonuncu rəhbəri və Danimarka İdman Konfederasiyasının prezidenti Nils Niqaard 14 səs toplayıb. Qeyd edək ki, Spiros Kapralos 2025-ci ilədək Avropa Olimpiya Komitəsinə rəhbərlik edəcək.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR