Yaponiya müxalifətinin aparıcı qüvvəsi, Yaponiya Konstitusiya Demokrat Partiyasının rəhbəri Yukio Edano iyulun 23-dən avqustun 8-dək Tokioda keçirilməsi planlaşdırılanYay Olimpiya Oyunlarını ləğv etməyə və ya təxirə salmağa çağırıb. Siyasətçinin sözlərinə görə, olimpiadanın koronavirus pandemiyası şəraitində keçirilməsi məqsədəuyğun deyil.
“Mən idmançılar naminə oyun keçirmək arzusunu başa düşürəm. Lakin Olimpiada ya yenidən bir il təxirə salınmalı, ya da tamamilə ləğv olunmalıdır”, - deyə Y.Edano bildirib. Siyasətçi əlavə edib ki, olimpiadanın keçiriləcəyi təqdirdə Yaponiya koronavirus infeksiyasının yeni dalğasının “inanılmaz yüksək riski” gözləniləcək.
Qeyd edək ki, Tokioda Yay Olimpiya Oyunları 2020-ci ilin iyul-avqust aylarında keçirilməsi nəzərdə tutulub.
Müxalifət lideri Olimpiya Oyunlarının ləğvini tələb edir