Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti vəzifəsinə namizədlərin adları açıqlanıb. Onlardan biri Avropa Gimnastika Federasiyasının prezidenti Fərid Qayıbovdur.
Digər namizəd isə FIG-in hazırkı rəhbəri olan yaponiyalı Morinari Vatanabedir.
Qeyd edək ki, yeni prezident bu il noyabrın 6-da qurumun Türkiyənin Antalya şəhərindəki 83-cü Konqressində seçiləcək.
Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidentliyinə namizəd oldu