Rəqibin başına zərbə endirdi və cəzasız qaldı

Rəqibin başına zərbə endirdi və cəzasız qaldı

Hokkey üzrə Stenli Kubokunun yarımfinal mərhələsinin “Monreal Kanadiens” və “Veqas” komandaları arasında keçirilən oyunda qəribə epizod baş verib. Belə ki, ikinci dövrənin sonunda “cəngavərlərin” müdafiəçisi Breyden Maknebb “Monreal Kanadiens”in oyunçusu Nika Suzukiyə əli ilə başından zərbə endirib. Hadisə oyunun hakimi Kris Linin gözləri qarşısında baş versə də, ədalət təmsilçisi hokkeyçiyə cərimə təyin etməyib.
Qeyd edək ki, yaşanan hadisə azarkeşlər arasında mənfi emosiyalar yaradıb. Onların bəziləri: “bu hakim daha heç bir oyuna çıxmamalıdır”, “o, baş verənləri görməzdən gəlmək üçün üzünü çox gec çevirdi”, “belə hadisələr Milli Hokkey Liqası üçün qəbuledilməzdir”, - deyə şərhlər bildiriblər.