Boksçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı

Boksçumuz Avropa çempionatının bürünc medalına sahib çıxdı

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilib. 41 ölkənin qatıldığı yarışın altıncı günündə Azərbaycan millisinin 1 idmançısı final uğrunda mübarizə aparıb.

 

Ardıcıl olaraq Uça Jorjolianiyə (Gürcüstan), Maqomed Şamsayevə (Rusiya) və David Gevorqyana (Almaniya) qalib gələn Ruslan Rüstəmov 1/2 finalda israilli Ahmad Ştivi ilə üz-üzə gəlib. 64 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı boksçu uduzaraq, finala rəqib yüksəlib. Nəticədə R.Rüstəmov Avropa çempionatını bürünc medalla başa vurub.

 

Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 000 ABŞ dolları, gümüş medalçı 4 000 dollar, 3-cü yerin sahiblərinin hərəsi 2 000 dollar qazanacaq.