721 dəqiqədən sonra...

721 dəqiqədən sonra...

İngiltərə millisi Avro-2020-də qapısında ilk dəfə qol gördü. Britaniyalılar ötən gecə Danimarka millisi ilə matçda 30-cu dəqiqədə cərimə zərbəsindən sonra qapılarından top buraxıblar. Buna qədər 721 dəqiqə ərzində qapısında qol görməyən 27 yaşlı qapıçı Jordan Pikford millinin tarixinə düşüb. O, milli komandanın tarixində ən uzun müddət qol buraxmayan qapıçı adına sahib çıxıb. Qeyd edək ki, daha əvvəlki rekord 1966-cı ildə 720 dəqiqə ilə Jordon Banksa məxsus idi.