Avropa çempionatının və Amerika Kubokunun qalibləri xatirə turnirində üz-üzə gələcəklər  

Avropa çempionatının və Amerika Kubokunun qalibləri xatirə turnirində üz-üzə gələcəklər  

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradonanın xatirəsinə İtaliya və Argentina yığmaları arasında yoldaşlıq oyunu keçirilə bilər. Görüşün Neapol şəhərində mərhum hücumçunun adını daşıayn "Dieqo Armando Maradona" stadionunda oynanılması nəzərdə tutulub. İtaliya Avropa çempionatının, Argentina isə Amerika Kubokunun qalibi olub. Daha əvvəl Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) iki kollektiv arasında oyun təşkil etmək üçün UEFA-ya müraciət edib.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də dünyasını dəyişib.