İmperator açılış mərasiminə gələcək

İmperator açılış mərasiminə gələcək

Olimpizm xəbərləri

15.07.2021, 16:09

Yaponiya imperatoru Naruhito Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək və tədbir zamanı nitq söyləmək niyyətindədir. O, açılışdan bir gün öncə - iyulun 22-də Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Baxı ziyarət etmək istəyir. İyulun 23-də isə imperatorun xarici dövlətlərin rəhbərləri ilə görüşü nəzərdə tutulub. Lakin Naruxito azarkeşlərlə bağlı qadağa səbəbindən yarışlarda tamaşaçı qismində iştirak etməyəcək. Qeyd edək ki, olimpiada 23 iyul - 8 avqustda keçiriləcək.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR