Tokio-2020: Avstraliyalı idmançı yarışlardan kənarlaşdırıb

Tokio-2020: Avstraliyalı idmançı yarışlardan kənarlaşdırıb

Avstraliyalı idmançı Ceymi Kermonda Tokio-2020 Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb. Atçılıq idmanı ilə təmsil olunan idmançı antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.
Avstraliya Atçılıq İdmanı Federasiyası onu müvəqqəti olaraq bütün yarışlardan kənarlaşdırıb. Ceyminin dopinq testində kokain metaboliti aşkarlanıb. Buna görə də idmançı Tokio-2020-ni də buraxacaq.