Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Boksçulardan Cavid Çələbiyev 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Hartsizə qalib gəlib.
63 kq çəki dərəcəsindəki idmançı növbəti raundda Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.
Cüdoçu Orxan Səfərov 1/16 final mərhələsində Yerlan Serikjanova (Qazaxıstan) vazari xalı ilə uduzaraq yarışla vidalaşıb.
Stend atıcısı Emin Cəfərov təsnifat mərhələsinin ilk gününü 71 xalla 24-cü sırada tamamlayıb. Onunla birlikdə daha 5 idmançı eyni xalı toplayıb. Təsnifat mərhələsi sabah davam edəcək. 5 raundan sonra ilk 6 pillənin sahibi finala vəsiqə qazanacaq.
Qadın idman gimnastı Marina Nevrasova 4 hərəkətin cəmində 48.232 bal toplayaraq, 68 iştirakçı arasında 55-ci yeri tutub.
Beləliklə, Azərbaycanın daha iki idmançısı - Səfərov və Nekrasova mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 8 idmançısı olimpiada ilə vidalaşıb.