Boksçumuzun rəqibi müəyyənləşdi

Boksçumuzun rəqibi müəyyənləşdi

Azərbaycan boksçusu Alfonso Dominqesin Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.​ 81 kq çəki dərəcəsində rinqə çıxacaq Avropa Oyunlarının qalibi 1/8 finalda Dilşotbek Ruzmetovla (Özbəkistan) gücünü yoxlayacaq.​

Boksçumuzun rəqibinin adı bu gün dəqiqləşib. 1/16 finalda Emmett Brennanı (İrlandiya) 5:0 hesabı ilə məğlub edən Özbəkistan təmsilçisi mərhələ adladığından Dominqeslə qarşılaşacaq. İlk mərhələdən azad olan idmançımız Ruzmetovla iyulun 28-də döyüşəcək. Görüş Bakı vaxtı ilə saat 15:27-də başlayacaq.​