Avstraliyalı üzgüçü Keyli Makkioun Olimpiya Oyunlarında qızıl medalını qazanıb. «Yaşıl qitə»dən olan idmançı 100 metr məsafəyə arxasıüstə üzmə növündə 57,47 saniyə nəticə göstərib. 20 yaşlı idmançı bu göstərici ilə Olimpiya rekordunu da qırıb. Kanadalı Kayli Mass (57,72) ikinci, ABŞ təmsilçisi Regan Smit (58,05) üçüncü olub.
«Yaşıl qitə»dən gəlib, Asiyada rekord vurdu