Tokioda kemirilən XXXII Yay Olimpiya Oyunlarında mübarizə davam edir. Olimpiya Oyunlarının 6-cı günündə 3 idmançımız mübarizə aparacaq. Təmsilçilərimizdən ilk olaraq mübarizəyə cüdoçumuz Məmmədəli Mehdiyev başlayacaq.
90 kq çəkili idmançımız 1/16 finalda braziliyalı Rafael Maçedo qazaxıstanlı İslam Bozbayev cütünün qalibi ilə qarşılaşacaq. İdmançımızın ilk görüşü Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Digər iki idmançımızın mübarizəsi isə günorta radələrinə təsadüf edəcək. Bakı vaxtı ilə saat 15:00-da kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo növbəti oyununa çıxıacaq. L qrupunda çıxış edən badmintonçumuz ikinci turunda danimarkalı Anders Antonsenlə üz-üzə gələcək.
Bu gün mübarizəyə başlayacaq sonuncu idmançımız isə boksçu Alfonso Dominqesdir. 81 kq çəki dərəcəsində rinqə çıxacaq idmançımız 1/8 final mərhələsində özbəkistanlı Dilşod Ruzmetovla qarşılaşacaq. Döyüş Bakı vaxtı ilə saat 15:27-də start götürəcək.