Tokio-2020-də boks yarışları davam edir. Bu gün Azərbaycanın daha bir boksçusu rinqə çıxıb. 63 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız 1/8 finalda ermənistanlı Hovhannes Baçkovla qarşılaşıb. Döyüşdə hakimlərin ədalətsiz qərarları nəticəsində qələbə rəqib idmançıya verilib. Beləliklə, ilk döyüşünü qələbə ilə başa vuran dünya çempionumuz ikinci görüşündə məğlub olaraq mübarizəni dayandırıb. Bununla da Olimpiadaya yollanan 5 boksçumuzdan 4-ü Tokio-2020-də mübarizəni dayandırıb. Hazırda boksçularımızdan yalnız Alfonso Dominges (81 kq) Tokio Olimpiadasında mübarizəni davam etdirir. Boksçumuz ötən gün yarımfinal mərhələsinə yüksələrək ən azı bürünc medalı özü üçün təmin edib.
Daha bir boksçumuz Tokio Olimpiadası ilə vidalaşdı