Tokio-2020-də COVİD-19-a yoluxanların sayı 246 nəfərə çatdı

Tokio-2020-də COVİD-19-a yoluxanların sayı 246 nəfərə çatdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında COVİD-19-a yoluxanların sayı artır. Son sutka ərzində aparılan test nəticəsində 21 nəfərin koronavirusa yoluxduğu aşkar olunub.
Məlumata görə, virusa yoluxanlar arasında idmançılar yoxdur. Beləliklə, olimpiada iştirakçılarından testi müsbət çıxanların ümumi sayı 246 nəfərə çatıb.
Qeyd edək ki, Tokioda koronavirusa görə epidemioloji vəziyyətinin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət rejimi 31 avqusta qədər uzadılıb.