Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi Oyunlar zamanı sinxron üzgüçülük yarışlarının mükafatlandırma mərasimində baş verən səhvə görə Ukrayna millisindən üzr istəyib. Belə ki, bürünc medal qazanan ukraynalı idmançılar Marta Fedinu və Anastasiya Savçuk Rusiya Olimpiya Komitəsinin idmançıları kimi təqdim edilib.
Təşkilat Komitəsinin nümayəndəsi Masa Takayinin sözlərinə görə, bu, ölkələri fransız dilində təqdim edən diktorun səhvi olub: “Bu, sırf diktorun səhvi olub. Biz buna görə Ukrayna millisindən üzr istəyirik”, - deyə M.Takayini bildirib.
Tokio-2020-nin Təşkilat Komitəsi Ukrayna millisindən üzr istədi