Avstraliyalı reqbiçilər və futbolçular Tokioda keçirilən Olimpiya Oyunlarındakı çıxışlarından sonra qalmaqalın mərkəzində yer alıblar. Məlumata görə, idmançılar ölkələrinə qayıdarkən təyyarədə içkili vəziyyət qalmaqala səbəb olublar. Aviaşirkətin işçilərinin sözlərinə görə, idmançılar təyyarənin göyərtəsində spirtli içki qəbul edib, yüksək səslə mahnı oxuyub və qışqırıblar. İçkili halda sərt hərəkətlər edən atletlər təyyarənin ayaqyolusunun sınmasına səbəb olublar.
Bildirilir ki, avstraliyalılar həmçinin şirkət işçilərinin sözlərinə məhəl qoymayaraq, daha çox içki əldə etmək üçün mübahisə belə ediblər.
Avstraliyanın Reqbi Federasiyası artıq idmançılara töhmət elan edib.
Avstraliyalı reqbiçilərin təyyarədə qalmaqalı