Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimi məlum olub. Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır. Avropa mətbuatının məlumatına görə, ilk yarış martın 20-də Bəhreyndə keçiriləcək. Mövsüm noyabrın 20-də Abu-Dabidə yekunlaşaçaq. Azərbaycan Qran-Prisi isə iyunun 12-də təşkil olunacaq. Kanadanın Monreal şəhərindəki Qran Pri isə iyunun 19-na salınıb.
Qeyd edək ki, daha əvvəl bu iki yarışın 12 və ya 19 iyunda keçiriləcəyi yazılmışdı.
Formula 1: Azərbaycan Qran-Prisi tarixi dəqiqləşdi