Üzgüçülük üzrə açıq respublika birinciliyinə yekun vuruldu

Üzgüçülük üzrə açıq respublika birinciliyinə yekun vuruldu

Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Su İdmanı Sarayı və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə açıq respublika birinciliyi keçirilib. Yarışda respublikamızın müxtəlif klublarından ümumilikdə 400-dən çox idmançı iştirak edib. 2007-2008-ci, 2009-2010-cu və 2011-dən kiçik olan idmançılar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, arxası üstə, batterflay, brass və qarışıq üsullarda bacarıqlarını nümayiş etdiriblər.
Xüsusi normativləri yerinə yetirən idmançılara Bakı Su İdmanı Sarayı tərəfindən müəyyən bonuslar və təqaüd ayrılacaq.