Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandası Norveçin Lillehammer şəhərində keçirilən dünya çempionatında iştirak edir.
Yanvarın 9-da start götürən yarışda komandamız baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında Mehman Ramazanzadə (kross-kantri) və Daşqın Abbasovla (dağ xizəyi) təmsil olunacaq. XYarış Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak üçün lisenziya xalı qazandırır.
Dünya çempionatı yanvarın 23-dək davam edəcək.
Qeyd edək ki, Qış Paralimpiya Oyunları martın 4-13-də Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçiriləcək.
Paralimpiyaçılarımız Pekin-2022-yə lisenziya xalları qazanmağa çalışacaqlar
