Pekin-2022-nin ilk qızıl medalını Norveç idmançısı qazandı

Pekin-2022-nin ilk qızıl medalını Norveç idmançısı qazandı

Pekin-2022 Qış Olimpiya Oyunlarının ilk qızıl medalını Norveç idmançısı qazanıb. Qadın xizəkçilərin skiatlon yarışlarında Tereze Yohauq bütün rəqiblərini qabaqlayaraq Olimpiya çempionu olub. İdmançı karyerasında ilk dəfə şəxsi kateqoriyada Olimpiya qızılı qazanıb.

Rusiya Olimpiya Komitəsinin idmançısı Nataliya Nepryaeva gümüş, avstriyalı Tereza Ştadlober isə bürünc medala sahib olublar.

Norveçli idmançı T.Yohauq Vankuver-2010 Qış Olimpiya Oyunlarında estafet yarışlarında birinci olub. Soçi-2014-də gümüş və bürünc medal qazanan atlet 2018-ci ildə Pxençanda təşkil olunan Olimpiadada diskvalifikasiya səbəbindən iştirak etməyib.