Fərid Qayıbov Pekində Azərbaycanı təmsil edən idmançılarla görüşüb

Fərid Qayıbov Pekində Azərbaycanı təmsil edən idmançılarla görüşüb

Fevralın 14-də gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar - Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.
Görüşdə Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu Anar Bağırov, nümayəndə heyətinin üzvü Ceyhun Rəhmanov da iştirak edib.
Fərid Qayıbov bu gün qısa proqramda çıxış edəcək Y.Ryabovaya uğurlar arzulayıb.