Nümayəndə heyətimiz Pekinə yollanıb

Nümayəndə heyətimiz Pekinə yollanıb

Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb. Azərbaycan Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov heyətdə yer alıb.
Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə açılış mərasimində bayrağı daşıyacaq. İdmançımız martın 9-da mübarizəyə başlayacaq.
Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək.