Martın 1-4-də Kapital Bank Arenada Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman gününə həsr edilmiş İdman həftəsi çərçivəsində mini futbol üzrə şəhər birinciliyi keçirilib. 2010-2011-ci illər təvəllüdlü oğlanlar arasında keçirilən yarışda Sumqayıt Futbol Klubuun idmançıları bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt 1 nömrəli İOEUGİŞM-nin və İOEUGİM-nin komandaları isə müvafiq olaraq, ikinci və üçüncü yerlərə layiq görülüblər.
İdman həftəsi çərçivəsində keçirilən növbəti yarış isə stolüstü tennis üzrə 3-4 mart tarixlərində “Sumqayıt Bulvarı” ərazisində yerləşən “Qarabağ” NN stolüstü tennis klubunun bazasında keçirilib. 2004-2006, 2007-ci illər və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən şəhər birinciliyi şəхsi, qoşa və qarışıq qoşa хarakteri daşıyıb. Bu yarışıda da qalib adı uğrunda 60-a yaxın yeniyetmə mübarizə aparıb.
Yarışların qalib və mükafatçıları Baş İdarə tərəfindən fəxri fərman, kubok, medal və hədiyyələrlə təltif olunublar.
Sumqayıtda İdman həftəsi
.jpeg)

.jpeg)