“Shuttle Time” proqramı bu dəfə Lənkəranda təşkil olunub

“Shuttle Time” proqramı bu dəfə Lənkəranda təşkil olunub

Dünya Badminton Federasiyasının təşkilatçılığı ilə keçirilən “Shuttle Time” proqramı bu dəfə Lənkəranda təşkil olunub. Şəhər Olimpiya İdman Kompleksində təşkil olunan məşqlərdə 8-10 yaş qrupları üzrə 90 məktəbli iştirak edib. Məktəblilərə əvvəlcə badminton idman növünün qaydaları izah olunub, sonra məşqlərə start verilib. Layihənin əsas məqsədi ölkəmizdə badmintonun inkişafına nail olmaq, həmçinin gənclər arasında bu idman növünə maraq yaratmaqdır.
O da məlum olsun ki, bu yarışları Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilib.