Paralimpiyaçılarımız Paris-2024-ə lisenziya xalları uğrunda yarışacaqlar

Paralimpiyaçılarımız Paris-2024-ə lisenziya xalları uğrunda yarışacaqlar

Aprelin 2-dən Xorvatiyanın paytaxtı Zaqrebdə boccia idman növü üzrə “Intercontinental Challenger” çempionatı start götürəcək. Yarışda Azərbaycan paralimpiyaçıları da mübarizə aparacaq. Komandamız turnirdə 2 kateqoriyada (BC-2, BC-4) 4 idmançı ilə təmsil olunacaq.
Aprelin 8-dək davam edəcək yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.