Laçın dəhlizinə alternativ çəkilən yol tikintisi zamanı azərbaycanlılar layihəyə maneçilik törədən erməni “xaçkarı”nı yerindən çıxararaq başqa səmtə qoyublar.
Olimpnews.az xəbər verir ki, bununla bağlı görüntülər “Gorus Today” Telegram kanalında yer alıb.
Mənbə yazır ki, Zəngəzurun Kornidzor kəndinin yaxınlığından başlayan, Qarabağın Xinşen, Metsşen kəndlərindən keçən və Lisaqorda başa çatan ərazidə azərbaycanlılar yeni yol çəkirlər.
Qeyd edək ki, ermənilər işğal dövründə belə qondarma "xaçkarları" Azərbaycan torpaqlarının demək olar ki, hər yerində yerləşdiriblər.(Bizim.Media)