Los Anceles-2028 Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı dəqiqləşib

Los Anceles-2028 Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtı dəqiqləşib

2028-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının dəqiq vaxtı bəlli olub.

"Olimpnews" xəbər verir ki, olimpiada 14 - 30 iyulda, paralimpiada isə 15 - 27 avqustda keçiriləcək.

Oyunlarda 15 minədək idmançının iştirakı gözlənilir.

Xatırladaq ki, Los Anceles şəhəri üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Daha əvvəl bu şəhərdə 1932 və 1984-cü illərdə Olimpiada keçirilib.