Çempionlar Liqası: Bu gün qrup mərhələsində ikinci tura yekun vurulacaq

Çempionlar Liqası: Bu gün qrup mərhələsində ikinci tura yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək. İkinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma təşkil olunacaq.

A qrupunun təxirə salınmış görüşündə "Reyncers" Şotlandiyada İtaliyanın "Napoli" klubunu qəbul edəcək.

Azərbaycan millisinin futboçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İtaliyada "Milan"ın qonağı olacaq. E qrupunun digər matçında "Çelsi" İngiltərədə Avstriya "Zaltsburq"u ilə üz-üzə gələcək.

F qrupunda yer alan turirin son qalibi "Real Madrid" İspaniyada Almaniya "Leyptsiq" klubunu sınağa çəkəcək. Ukraynanın "Şaxtyor" (Donetsk) klubu Şotlandiya "Seltik"inin müqavimətini qırmağa çalışacaq.

Günün maraqla gözlənilən qarşılaşması G qrupunda keçiriləcək. "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə görüşəcək. Qrupun digər oyununda "Kopenhagen" Danimarkada İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.

H qrupunda isə "Yuventus" İtaliyada Portuqaliya "Benfika"sı ilə, Fransa PSJ-si İsraildə "Makkabi" (Hayfa) klubu ilə münasibətlərə aydınlıq gətirəcək.