ABŞ təmsilçisi Raul Rosas Mütləq Döyüş Çempionatında (UFC) ən gənc döyüşçü kimi tarixə düşüb. 17 yaşlı idmançı "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində özündən 8 yaş böyük olan Mandro Qutyerresə qalib gəlib - 7:2.
Beləliklə, Rosas UFC tarixinin ən gənc üzvü adına sahib çıxıb və qurumla müqavilə imzalayıb. Qeyd edək ki, daha əvvəl 2019-cu ildə Çeyz Huper 19 yaşında yarışda debüt edib.
UFC tarixinin ən gənc döyüşçüsü