Daşkənd tatamisində tarix yaza biləcəyikmi?
BOK
03.10.2022, 17:11
Daşkənddə keçiriləcək cüdo üzrə dünya çempionatının startına artıq bir neçə gün qalır
Oktyabrın 6-da Özbəkistan paytaxtında 150 ölkədən gəlmiş “tatami ustaları” ən güclü cüdoçu adını qazanmaq üçün yarışa başlayacaq. “Xumo Arena” çıxacaq 700-dən çox cüdoçu arasında 11 Azərbaycan təmsilçisi də var. Onların doqquzu kişi, ikisi isə qadın cüdoçudur.
Bəs onların yüksək nəticə göstərmək şansı varmı? Ümumiyyətlə, Azərbaycan cüdoçusu tarixində ikinci dəfə dünya çempionu ola biləcəkmi? Bildiyiniz kimi, cüdo idman növündə cəmi bir dünya çempionumuz var - hazırda gənclərdən ibarət yığma komandanın baş məşqçisi kimi çalışan Elxan Məmmədov. Bəs alman Rihard Trautmanın rəhbərliyi altında Daşkəndə yollanan komandadan nə gözləmək olar? Gəlin bu haqda təfərrüatı ilə danışaq.
Dünya çempionatında 60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Kəramət Hüseynov medal qazanmaq şansı olan idmançılarımızdandır desək, yanılmarıq. Ən azı ona görə ki, ötən il Kəramət həm dünya, həm Avropa çempionatlarından Vətənə “bürünc” medalla qayıdıb və bu il o medalların davamını gözləmək məntiqli olardı. Yeganə problem 24 yaşlı Kəramətin zədələrə meyilli olması və sonuncu zədədən yenicə bərpa olunmasıdır ki, bu, onun uğurunu əngəlliyə bilər. Daşkənddə 66 kq çəki dərəcəsində isə iki nəfərlə təmsil oluruq – Orxan Səfərov və Yaşar Nəcəfovla. Bu dünya çempionatında məhz onların hansının bu yığmada “birinci”, hansının isə “ikinci nömrə” olması bilinəcək. Son vaxtlar uğursuzluq zolağına düçar olan təcrübəli Orxan, yoxsa bu il çıxış etdiyi yarışlarda gözəl təhsir bağışlayan Yaşar? Nə deyirik, təki onların rəqabəti medalla bitsin. Buna ümid, az da olsa, var. 73 kq çəki dərəcəsində təmsilçilərimiz - Rüstəm Orucov və Hidayət Heydərov illərdir bu çəkidə nəinki Azərbaycanın, dünyanın birinci nömrələrindəndirlər! Xatırladım ki, Tokio Yay Olimpiya Oyunlarındakı uğursuzluğadək Rüstəm dünya reytinqində birinci idi. Hazırda isə Hidayət bu reytinqdə ikinci pillədə qərarlaşıb. Ən böyük istəyimiz isə, təbii ki, onların yalnız finalda qarşılaşmasıdır və bu istəyimizin reallaşması heç də fantastik deyil. Nəzərə alsaq ki, bu çəkinin hazırki “padşahı” yaponiyalı ikiqat Olipmiya və dünya çempionu Söhey Ono bu yarışlara qatılmayacaq, həm Rüstəmin, həm də Hidayətin dünya çempionu olmaq şansları qat-qat artır. Hazırda dünya reytinqində birinci olan cüdoçumuz Məhəmmədəli Mehdiyevə (90 kq) gəldikdə isə, onun medalçılar sırasına düşmək şansı nə qədər yüksəkdirsə, çempion olmaq şansı bir o qədər də aşağıdı. Sadəcə olaraq, bu çüdoçumuzun karyerası boyunca finala çıxışı nədəsə alınmır. Bu müəmma ildən ilə təkrarlanır. Əlbəttə, çox istəyərdik ki, bu tilsim Daşkənd tatamisində qırılsın. Necə deyərlər, yaşayarıq, görərik. Azərbaycanı təmsil edən Zelim Kortsoyevdən də (100 kq) medal gözləmək olar. Ən azından ona görə ki, Zelim son 2-3 ildə qatıldığı hər bir yarışdan mütamadi olaraq medal gətirir.
Təəssüflər olsun ki, ən ağır çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri haqqında bunu demək olmur. Sadəcə, Azərbaycanda bu çəkidə rəqabət olmadığına görə, məşqçilər yarışlara tam heyətlə qatılmaq üçün hər zaman Uşangini aparmağa məcburdu. Lakin bu gürcü legionerə müsbət təsir göstərmir və 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının “gümüş”ündən sonra biz mötəbər yarışlarda Kokaurinin hər hansı bir uğurunu seyr etmirik. Yəqin ki, məşqçilər korpusunun səbri də tükənmək üzrədir və bu dünya çempionatı 30 yaşlı cüdoçu üçün son şans olacaq.
Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edən qadın cüdoçularımıza isə şans verməkdən, deyəsən, artıq keçib. Məhz buna görə dünya çempionatına hər hansı rəqabət apara biləcək yalnız iki qadın cüdoçumuz qatılır - Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq). İrina Kindzerskanın böyük idmanı tərk etdiyindən sonra Leyla komandamızın liderinə çevrilməkdədi. İnsafən, son İslam Həmrəyliyi Oyunlarında yalnız hakimlərin açıq-aşkar cüdoçumuza qarşı edilən haqsızlığı Leylanı finala çıxmağa qoymadı. Yarışlarda adətən ilk güləşdəcə uduzub, çıxışlarını dayandıran cüdoçu qızlarımız inanıram ki, bu dəfə ən azı iki mərhələ adlaya biləcək. Bəli, Gültac da , Leyla da bunu bacaracaq gücdədirlər! Rəşad Məmmədova isə yalnız səbr və uğurlar arzulayıram!
Beləliklə, Daşkənddən ən azı üç medalla qayıtmalıyıq. Bu medallardan biri qızıl olsa, bu çempionatın Azərbaycan cüdo tarixinə qızıl hərflərlə yazılacağı şübhəsizdir. Elə deyilmi?
Vüqar VÜQARLI
Xüsusi olaraq, “Olimpiya dünyası” üçün
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK