Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə
Olimpizm xəbərləri
12.11.2022, 09:34
Hörmətli Milli Olimpiya Komitəsi üzvləri!
Sizi, eləcə də ölkəmizin bütün idman ictimaiyyətini Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı yetirir və gələcək işlərinizdə yeni uğurlar diləyirəm. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə təsis olunan Milli Olimpiya Komitəsi ötən müddət ərzində ölkəmizin öz idman potensialını tam gerçəkləşdirməsi naminə daim var qüvvəsi ilə çalışmışdır. Komitə nailiyyətlərlə zəngin şərəfli bir yol keçmiş və işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayaraq, respublikada Olimpiya ideallarının bərqərar olmasında və idmanın dinamik inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərmişdir. Qurumun fəaliyyətinin səmərəli təşkilinin nəticəsidir ki, idmançılarımız Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında çoxsaylı müvəffəqiyyətlər qazanmışlar. Respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetlərindəndir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər, o cümlədən yaradılmış ən müasir idman infrastrukturu, olimpiya kompleksləri, ixtisaslaşmış idman məktəbləri bunun əyani təsdiqidir. Xüsusi vurğulamaq istərdim ki, mötəbər beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübə əldə olunmuşdur. Bu gün yüksəliş dövrünü yaşayan və bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın tarixinə parlaq səhifələr yazılmaqdadır. Azərbaycan idman sahəsində nəhəng layihələr reallaşdıraraq uğurlara imza atmış ölkə kimi artıq dünya miqyasında tanınır. Milli Olimpiya Komitəsi idmançılarımızın Olimpiya Oyunlarındakı qələbələrinə dəyərli töhfələr verən və yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin olimpiya qurumları arasında ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrilmişdir. İnanıram ki, Komitə Olimpiya Xartiyasının başlıca prinsipləri əsasında respublikamızda Olimpiya hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacaqdır.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 11 noyabr 2022-ci il
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK