"Roma"nın baş məşqçisi Joze Mourinyo Madrid "Real"ına qayıda bilər. Madrid təmsilçisinin hazırkı çalışdırıcısı Karlo Ançelotti 2022/2023 mövsümünün sonu karyerasını başa vurarsa, bu baş verə bilər. Bildirilib ki, portuqaliyalı mütəxəssis "Roma" ilə yeni müqavilə ilə bağlı danışıqlar aparmır. Bu məsələdə nə məşqçi, nə də klub rəhbərliyi təşəbbüs göstərir. Hazırkı müqavilənin müddəti 2024-cü ilin yayında başa çatır. "Real"ın prezidenti Florentino Peres 2010-2013-cü illərdə klubu çalışdıran Mourinyo ilə maraqlanır. Qeyd edək ki, "Real" Mourinyonun rəhbərliyi altında La Liqanın, İspaniya kubokunu və İspaniya Superkubokunu qazanıb.
Peres nə fikirləşir?