«Hamısı yalandır»

«Hamısı yalandır»

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun prezidenti Musli Əl-Müəmmər Kriştiano Ronaldonun transferi ilə bağlı sualı cavablandırıb.

"A Bola"nın yaydığı xəbərə görə, klub rəhbəri “Marca” qəzetinin Ronaldonun “Əl-Nəsr”dən ildə təxminən 200 milyon avro alacağı və futbolçu karyerasını bitirdikdən sonra klubun səfiri olacağı ilə bağlı yaydığı xəbərin doğru olmadığını deyib: “Bu yazılar həqiqətə uyğun deyil. Mediada yazılanların demək olar ki, hamısı yalandır” - deyə Əl-Müəmmər bildirib.

Qeyd edək ki, ötən gün yayılan xəbərlərdə Ronaldonun "Əl-Nəsr"də tibbi müayinədən keçəcəyi tarixinin də müəyyənləşdiyi bildirilib.