Kadi “Qarabağ”ı tərk etdi

Kadi “Qarabağ”ı tərk etdi

"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borqes Rusiyanın “Krasnodar” klubuna keçib. Bu barədə “Köhlən atlar”ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb. Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq. Keçidin detalları açıqlanmayıb.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından "Qarabağ"ın heyətində çıxış edirdi.