Qadın boksçularımız beynəlxalq turnirə hazırlaşır
BOK
11.01.2023, 12:51
Qadın və qız boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını davam etdirir. Baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi ilə bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir. Gündə iki dəfə təşkil olunan məşqlərə liderlər cəlb edilib. Yanvarın 14-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.
Komandada əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu vurğulayan Y.Məmmədovun sözlərinə görə, qarşıdakı beynəlxalq turnirlərdəki nəticələrə əsasən yığmanın yekun heyəti formalaşacaq: “Yanvarın 17-də Serbiyada dörd yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir. Məktəblilər istisna olmaqla, hər yaş qrupundan çıxış edəcəyik. Yeniyetmələr, gənclər və böyüklərin mübarizəsində boksçularımızı yoxlayacağıq. Bu bizim üçün çox vacibdir”.
Baş məşqçi bildirib ki, bu il qadın boksçularımızı çox ciddi yarışlar gözləyir. O, əsas hədəfin Hindistanda keçiriləcək dünya çempionatı, Bakıda keçiriləcək U-22-lərin Avropa çempionatı və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin olduğunu deyib: “Toplanışa 24 boksçu cəlb etmişik. Onların arasında Avropa çempionatlarının beş mükafatçısı – qızıl, gümüş və bürünc medalçıları da hazırlıq keçir. Olimpiya Oyunlarına vaxtın az qalması və U-22-lər arasında qitə çempionatının paytaxtımızda keçirilməsi məsuliyyətimizi daha da artır. Qarşıda bizi dünya çempionatı da gözləyir. Buna görə də beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik. Məqsədimiz iştirak edəcəyimiz yarışlardan ölkəmizə medallarla qayıtmaqdır”.
Qeyd edək ki, yığmamız Serbiyada beynəlxalq turnirdə 12 boksçu ilə təmsil olunacaq. Səfərə yollanacaq yığmanın heyəti toplanışın son günündə açıqlanacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Gəncə Open-2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb
Bugün, 16:27 Şahmat
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Bugün, 16:22 Tennis
-
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
Bugün, 14:07 Gimnastika
-
2027-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Bugün, 13:20 Formula 1
-
Şahmat komandalarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasında mübarizəyə başlayır
Bugün, 11:52 Şahmat
-
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər
Bugün, 11:36 Tennis
-
Sahildən balıqtutma üzrə Azərbaycan çempionatı keçiriləcək
Bugün, 10:04 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasına yeni qəbul olunmuş tələbələrlə görüş olub
15.09.2026, 20:06 Olimpiya dünyası
-
Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı yekunlaşdı
15.09.2026, 12:25 Velosiped
-
“Sabah” mövsümə rekordla başladı
15.09.2026, 11:28 Futbol
-
"Araz-Naxçıvan"dan Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qol
15.09.2026, 10:55 Futbol
-
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
15.09.2026, 00:09 Cüdo
-
Azərbaycan idmançıları dünya çempionatında 3 bürünc medal qazanıblar
14.09.2026, 23:25 Boks
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatına yekun vurulub
14.09.2026, 22:12 Su idman növləri
-
Boksçularımız Avropa çempionatında iştirak edəcəklər
14.09.2026, 16:10 Boks
-
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
14.09.2026, 15:23 Basketbol
-
Pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib
14.09.2026, 14:01 Olimpiya dünyası
-
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
14.09.2026, 13:09 Su idman növləri
-
“Elite polo club” çempion oldu
14.09.2026, 12:58 Olimpiya dünyası
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatında ikinci yarış günü başa çatıb
14.09.2026, 12:51 Su idman növləri
-
Azərbaycan komandası FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
14.09.2026, 11:10 Basketbol
-
Milli komandalarımız Çində beynəlxalq təlim-məşq toplanışda iştirak edib, ardınca yarışda mübarizə aparacaqlar
14.09.2026, 10:34 Olimpizm xəbərləri
-
Azərbaycan cüdoçuları lisenziya xarakterli yarışda 3 medal qazandılar
14.09.2026, 10:00 Cüdo
-
İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
13.09.2026, 22:41 Olimpizm xəbərləri
-
Azərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
12.09.2026, 21:00 MOK
-
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
12.09.2026, 19:25 MOK
-
İdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
11.09.2026, 18:29 Olimpiya dünyası
-
Yunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
11.09.2026, 18:10 Güləş
-
Azərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
11.09.2026, 17:02 Atletika
-
Türkiyə yelkənçiləri Bakıda
10.09.2026, 15:07 Su idman növləri
-
Rəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
10.09.2026, 14:33 Cüdo
-
Federasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
10.09.2026, 13:30 Voleybol
-
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
10.09.2026, 11:39 Su idman növləri
-
Azərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
10.09.2026, 10:15 Olimpiya dünyası