Olimpiya Oyunlarının inanılmaz faktları
BOK
16.02.2023, 18:30
Planetin ən mötəbər yarışı olan Olimpiya Oyunlarını bütün idmansevərlər böyük maraq və həyəcanla gözləyir. İdmançıların qələbə və məğlubiyyət göz yaşlarını, keçirdikləri həyəcanı görmək isə tam başqadır. Lakin oyunlar yalnız qələbələr, məğlubiyyətlər və rekordlarla yadda qalmır. Belə ki, tarixdə Olimpiya Oyunları ilə bağlı maraqlı və qeyri-adi faktlar kifayət qədərdir. Hər zaman bu mövzunu diqqətdə saxlayan “Olimpiya dünyası” qəzeti bu sayında da oxucularına Qış Olimpiya Oyunlarında baş verən və bir çoxlarının bilmədiyi maraqlı faktlar barədə məlumatı çoxsaylı oxucularına təqdim edir.
Fiqurlu konkisürmə və hokkeyin inanılmaz debütü
Fiqurlu konkisürmə və hokkey ən sevilən qış idman növləri sırasındadır. Lakin qəribədir ki, onların Olimpiya tarixi qış deyil, yay Olimpiya Oyunlarından başlayır. Belə ki, fiqurlu konkisürmə üzrə yarışlar ilk dəfə 1908-ci ildə Londonda təşkil olunan yay Olimpiya Oyunlarının proqramında yer alıb. İkinci dəfə bu idman növü Oyunların proqramına 12 il sonra Antverpendə keçirilən yay Olimpiya Oyunları zamanı daxil edilib. Məhz bu olimpiadada hokkey idman növü də Oyunlarda debüt edib. Qış Olimpiya Oyunlarının yaranmasından sonra Beynəlxalq Olimpiya Komitəsi (BOK) hər iki idman növünü oyunların qış proqramına daxil etməyə qərar verib. Hokkey və fiqurlu konkisürmə qış idman növləri olaraq isə ilk dəfə 1924-cü ildə Şamonidə keçirilən I Qış Olimpiya Oyunlarına daxil edilib.
İtlərin Olimpiya Oyunları sınağı
Atçılıq idman növü uzun illərdir ki, yay Olimpiya Oyunlarının proqramına daxildir. Lakin yəqin ki, bir çox idmansevərlər itlərin də qış Olimpiya Oyunlarında çıxış etdiyini bilmir. Belə ki, Norveçdə yaranan skidjorinq (xizəkləçəkmə) idman növündə xizəkçi bir və ya bir neçə it, at və ya ponini kəmər vasitəsi ilə arabaya bağlayırdı. Skidjorinq nümayiş xarakteri daşıyan növ kimi ilk və sonuncu dəfə 1928-ci ildə Sankt-Moritsdə təşkil olunan Olimpiya Oyunlarının proqramına daxil edilib. Həmin Oyunlarda daşıyıcı qüvvə kimi atlardan istifadə edilmişdi. Qeyd edək ki, ilk üç pillədə isveçrəli idmançılar qərarlaşmışdı. Yarışlarda atlar yetərsiz olduğu halda, idmançılar olimpiyaçı itlərdən də istifadə edə bilərdilər. İtlərin nümayiş xarakterli çıxışı isə 1932-ci ildə Leyk-Plesiddə təşkil olunub.
Olimpiya Oyunlarında təbiətin sınağı
1964-cü ildə təbiət Qış Olimpiya Oyunları təşkilatçılarını çıxılmaz vəziyyətdə qoydu. Belə ki, İnsbruk qar və buz çatışmazlığı ilə üz-üzə qaldı. Lakin təşkilatçılar tez bir zamanda çıxış yolu tapdılar. Belə ki, onların köməyinə Avstriya hərbiçiləri gəldilər. İnanılmaz olsa da, onlar bobsley yarışları üçün dağdan iyirmi min blok buz, dağ xizəyi yarışları üçün isə qırx min kubmetr qar gətirdilər. Otuz il sonra isə Naqanoda keçirilən Olimpiya Oyunlarının bəxti gətirmədi. Bu dəfə həddindən artıq qar və yağış yağdığı üçün təşkilatçılar bir neçə dəfə dağ xizək yarışlarını təxirə salmağa məcbur oldular. Lakin sonradan təbiət mərhəmətini göstərərək, yarışların təşkil olmasına imkan verdi.
Rəqib tanımayan Norveç
Norveç cəmi 5 milyon əhalisi olan kiçik bir dövlət olsa da, qış Olimpiya Oyunlarında rəqibi yoxdur. Belə ki, norveçlilər indiyə kimi Qış Olimpiadasında 405 (148 qızıl, 133 gümüş, 124 bürünc) medal qazanıb. Bir çox idman həvəskarları Norveç idmançılarının rəqiblərindən üstün olduğunu qeyd edirlər. Təbii ki, bu, təsadüfi deyil. Belə ki, bəzi idman növləri xüsusilə də xizək ikinövçülüyü və tramplindən tullanma məhz Norveçdə yaranıb. Məhz buna görə də, ölkə idmançıları bu növlərdə daim fərqlənməyə müvəffəq olurlar. Norveçin ən güclü idmançısı dedikdə, elə ağıla gələn ilk idmançı Marit Byörgendir desək, bəlkə də yanılmarıq. 1980-ci ildə dünyaya gələn idmançı qadın xizək tarixində yeganə səkkiz qat Olimpiya çempionudur. O, 8 qızıl, 4 gümüş və beş bürünc medal olmaqla ümumilikdə 15 medal sahibi kimi Qış Olimpiya Oyunları tarixində ən çox medal qazanan idmançıdır. 18 qat dünya çempionu və 4 qat dünya kubokunun sahibi olan xizəkçi 2018-ci il aprelin 7-də idman karyerasını bitirdiyini elan edib.
İki fəslin qalibləri
Həm qış, həm də yay Olimpiya Oyunlarında medal qazanmaq tarix ərzində çox nadir hallarda baş verib. Bu inanılmaz olsa da, tarixdə hər iki fəsildə Olimpiya medalını qazanan idmançılar da mövcuddur. Onlarda birincisi ABŞ idmançısı Eddi İqandır. O, 1920-ci ildə Antverpendə təşkil olunan olimpiadada boks üzrə qızıl medala layiq görülüb. 1932-ci ildə Leyk-Plesiddə keçirilən oyunlarda bobsley dördlüyündə çempion adını qazanıb. Norveçli Yakob Tams 1924-cü ildə Şamonidə təşkil olunan Olimpiya Oyunlarında tramplindən tullanma üzrə qızıl, 1936-cı ildə Berlində təşkil olunan oyunlarda isə yelkənli idman növü üzrə gümüş medal əldə edib. Almaniyalı Krista Ludinq-Rotenburger 1988-ci ildə (Kalqari) və 1992-ci ildə (Albervil) keçirilən olimpiadada konkisürmə idman növü üzrə iki qızıl və iki gümüş medal ilə tarixə düşüb. O, həmçinin 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında velosiped yarışlarında fərqlənərək, oyunları ikinci pillədə başa vurub. Kanadalı idmançı Klara Hüz konkisürmə və velosiped idman növləri üzrə altı medala yiyələnib. O, qızıl, gümüş və iki bürünc medalını konkisürmə (Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010) yarışdarında qazanıb. K.Hüz velosiped idman növü üzrə isə iki bürünc medala sahib çıxıb (Atlanta-1996). Hər iki fəslin olimpiadasında fərqlənən sonuncu idmançı isə amerikalı Lorin Uilyamsdır. O, 2012-ci ildə Londonda təşkil olunan Olimpiya Oyunlarında 4x100 estafetində çempion, 2004-cü ildə Afinada isə oyunların gümüş medalçısı olub. L.Uilyams 2014-cü ildə Soçidə təşkil olunan qitənin ən mötəbər yarışında bobsley üzrə fəxri kürsünün ikinci pilləsində yer alıb.
Türkay Niftəliyeva
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Klublarımızın Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi
Bugün, 18:27 Gündəm
-
Qazaxda avarçəkmə tədbiri təşkil olunacaq
Bugün, 15:56 Su idman növləri
-
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
Bugün, 14:31 Velosiped
-
Hacı Əliyev: "Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm"
Bugün, 13:36 Müsahibə
-
Bakıda Avropa Cüdo Ümidləri Turniri keçiriləcək
Bugün, 13:13 Cüdo
-
Sofiyadan 4 medal
Bugün, 12:56 Su idman növləri
-
Üzgüçülərimiz Gürcüstanda 25 medal qazanıblar
Bugün, 12:38 Su idman növləri
-
İdmançımız Minskdə bürünc mükafat qazanıb
Bugün, 12:22 Su idman növləri
-
Avarçəkənlərimiz Avropa çempionatında iştirak edəcəklər
Bugün, 12:11 Su idman növləri
-
Mbappa dünya çempionatlarının ən çox qol vuran oyunçusu oldu
Bugün, 08:56 Futbol
-
İspaniya millisinə dünya kuboku təqdim edildi
Bugün, 02:54 Gündəm
-
DÇ-2026-nın ən yaxşıları müəyyənləşib
Bugün, 02:48 Futbol
-
İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu oldu
Bugün, 02:10 Gündəm
-
“Mercedes”in italiyalı pilotu Belçika Qran-Prisinin qalibi oldu
Bugün, 00:20 Formula 1
-
Dünya çempionlarına xüsusi üzük veriləcək
17.07.2026, 11:29 Futbol
-
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
17.07.2026, 11:01 Futbol
-
Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb
17.07.2026, 10:12 Futbol
-
Avropa Liqası: "Qarabağ" növbəti mərhələdə
17.07.2026, 01:57 Gündəm
-
Güləşçimiz Macarıstanda da çempion oldu
17.07.2026, 00:05 Gündəm
-
Bakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
16.07.2026, 23:24 Olimpiya dünyası
-
"Judo Club 2012"nin cüdoçuları region birinciliyində uğurla çıxış ediblər
16.07.2026, 22:12 Cüdo
-
"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
16.07.2026, 21:56 Futbol
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
16.07.2026, 14:44 Cüdo
-
Sofiyada gümüş medal
16.07.2026, 14:43 Su idman növləri
-
Rəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
16.07.2026, 13:19 Cüdo
-
Cüdo üzrə dünya ulduzları Bakıya gələcək
16.07.2026, 13:08 Cüdo
-
Dünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
16.07.2026, 12:56 Cüdo
-
Rəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
16.07.2026, 12:40 Cüdo
-
Rəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
16.07.2026, 12:32 Cüdo
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
16.07.2026, 10:54 Güləş
-
Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
16.07.2026, 10:25 Su idman növləri
-
"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
16.07.2026, 10:05 Futbol
-
Argentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
16.07.2026, 01:10 Gündəm
-
Dünya çempionatının növbəti finalçısı müəyyənləşir
15.07.2026, 10:06 Futbol