III Avropa Oyunları: biletlər satışa çıxarılıb

III Avropa Oyunları: biletlər satışa çıxarılıb

Bu il Polşada keçiriləcək III Avropa Oyunlarının biletləri satışa çıxarılıb. Avropa Oyunlarının rəsmi saytına istinadən məlumatına görə, azarkeşlər 26 idman növü üzrə baş tutacaq yarışlara biletləri ala bilərlər. Biletlərin qiyməti 4-20 avro arasında olacaq. Aprelin 3-dən əvvəl platformada qeydiyyatdan keçən azarkeşlər ilk 10 000 bileti 25 faiz endirimlə əldə edə biləcəklər.

Qeyd edək ki, 21 iyun - 2 iyul aralığında keçiriləcək III Avropa Oyunlarında 7000-dən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.