Cüdo üzrə dünya çempionatında növbəti uğursuz gün

Cüdo üzrə dünya çempionatında növbəti uğursuz gün

Cüdo yığmamızın Qətərin paytaxtı Dohada təşkil olunan dünya çempionatındakı uğursuzluğu davam edir. Belə ki, bu gün 90 kq çəki dərəcəsində mübarizəyə qoşulan Məmmədəli Mehdiyev və Murad Fətiyev də ümidləri doğrultmayıb. Təmsilçilərimiz 1/8 finalda məğlub olaraq mübarizəəni dayandırıblar. Məmmədəli Mehdiyev Markus Nimana (İsveç) uduzaraq yarışla vidalaşıb. Murad Fətiyevin 1/4 finala gedən yolunu isə İvan Felipe Silva Morales kəsib.

Xatırladaq ki, əvvəli yarış günlərində tatamiyə çıxan yığmamızın digər üzvlərinin də çıxışı uğursuz olmuşdu.