Paris-2024-ə bir il qalmış Fransa Olimpiya Komitəsinin prezidenti istefa verib Fransa Milli Olimpiya və İdman Komitəsinin prezidenti Bricit Henrikes Paris-2024-ə bir il qalmış istefa verib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Ümumi yığıncaqdan sonra təşkilatın ilk qadın prezidenti olan B.Henrikes istefa ərizəsini rəhbərliyə təqdim edib və qəbul edilib. Fransa Olimpiya Komitəsinin prezidenti vəzifəsini müvəqqəti olaraq qurumun baş katibi Astrid Guyart icra edəcək. Bu vəzifəyə üç ay ərzində seçkinin keçiriləcəyi gözlənilir.
Təşkilatın keçmiş rəhbəri Denis Masselya onu korrupsiya və maliyyə fırıldaqlarında ittiham etmişdi.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları gələn il iyulun 26-dan, avqustun 11-dək təşkil olunacaq.