İyunun 8-də Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə veteranlar arasında Avropa çempionatına start veriləcək. 3 gün davam edəcək yarışda 37 ölkədən 667 cüdoçu mübarizə aparacaq. Yarışda Azərbaycanın usta cüdoçuları da qüvvələrini sınayacaqlar. Komandamız qitə çempionatında baş məşqçi, 9 qat dünya, 8 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərliyi altında 7 yaş kateqoriyası üzrə 37 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.