Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük dəbilqə” turniri keçirilib. 42 ölkədən 334 idmançının iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Komandamız turnirdə 17 (13 kişi, qadın) cüdoçu ilə təmsil olunub. Yığmamız yarışı bir bürünc medalla başa vurub. Yegənə medalı komandamıza 52 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Gültac Məmmədəliyeva qazandırıb. O, üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.
“Böyük dəbilqə” turniri bir bürünclə yadda qaldı