İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verdi

İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin prezidenti vəzifəsindən istefa verdi

BOK

23.06.2023, 16:04

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov vəzifəsindən istefa verib.

Bu barədə AMPK-nın mətbuat xidmətinə açıqlama verən İ.Rəhimov qərarını Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti vəsifəsinə namizədliyi ilə əlaqələndirib.

“İyunun 30-da Portuqaliyada IBSA-nın növbədənkənar Baş Assambleyası keçiriləcək.Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Seçiləcəyim təqdirdə fəaliyyətimi dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün hazırkı vəzifəmdən istefa verirəm", - deyə qurum rəsmisi bildirib.

İlqar Rəhimov həmçininişində ona kömək və dəstək olan hər kəsə, bütün məşqçilərə və idmançılara təşəkkür edib: "Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına minnətdaram. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, iyulun 7-də Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçiriləcək. Həmin tədbirdə quruma yeni prezident seçiləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR