Yeniyetmə cüdoçularımızdan qitə birinciliyində daha üç medal

Yeniyetmə cüdoçularımızdan qitə birinciliyində daha üç medal

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Yarışın ikinci günündə cüdoçularımız daha üç medala sahib çıxıblar. Komandamızın heyətində Əbil Yusubov (66 kq) finalda portuqaliyalı idmançı Rodriqo Caneyro üzərində qələbə qazanaraq Avropa çempionu olub. Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov qitə çempionatının bürünc medalına yiyələnib.

Yarışda 52 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Xədicə Qədəşova ispaniyalı idmançı Adriana Saes Eviyaya qalib gələrək, Avropa birinciliyinin bürünc medalını əldə edib.