Belarusda baş tutacaq II MDB Oyunları üçün 18 ölkədən 2000-dən çox idmançı qeydiyyatdan keçib.
Bu barədə Belarusun idman naziri Sergey Kovalçuk açıqlamasında bildirib.
O, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olanlarla yanaşı daha 9 ölkənin qeydiyyatdan keçdiyini söyləyib: "Bundan əlavə, Monqolustan, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də turnirdə təmsil olunacaq. Məncə, iştirakçıların sayı artacaq".
Qeyd edək ki, II MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində gerçəkləşəcək. İdmançılar 20 növdə mübarizə aparacaqlar. I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Azərbaycan 2025-ci ildəki III MDB Oyunlarına ev sahibliyi edəcək.