MOK-un baş katibi Mariborda OCEP məktəbliləri ilə görüşüb - FOTO
BOK
25.07.2023, 13:17
Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP məktəbliləri ilə görüşüb. Görüşdə Avropa Olimpiya Komitəsinin nümayəndəsi Canluka de Angelis, MOK-un İdman idarəsinin rəhbəri Həsənağa Rzayev, Maribor-2023 Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Vaqif Əliyev, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın rəhbəri Ceyhun Rəhmanov, MOK-un Xarici Əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov, Azərbaycan Elm və Təhsil Nazirliyinin (ETN) sektor müdiri Hilal Salmanov və OCEP məktəbliləri iştirak ediblər.
Tədbirdə MOK-un beynəlxalq proqramlar idarəsinin əməkdaşı, “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın rəhbəri Ceyhun Rəhmanov qarşıdakı günlərdə OCEP proqramının fəaliyyəti və heyətdə yer alan şəxslər barədə ətraflı məlumat verib.
MOK-un baş katibi Azər Əliyev OCEP-in fəaliyyəti barədə danışaraq, bu layihənin EYOF-da artıq 3-cü dəfə təşkil olunacağını bildirib. Məktəblilərlə ümumi söhbət edən Azər Əliyev onların səfərləri və qarşıdakı günlərə hazırlıqla bağlı məlumat aldıqdan sonra məktəblilərə uğurlar arzulayıb. O, sosial media üzrərindən proqramı yaxından izləyəcəyini bildirib.
Azər Əliyev həmçinin gələcəkdə OCEP-in EYOF-un bir hissəsi olaraq davam edəcəyinə ümid etdiyini də vurğulayıb. Növbəti qış Olimpiya Festivalının Gürcüstanda təşkil olunacağını diqqətə çatdıran MOK-un baş katibi ilk dəfə olaraq OCEP layihəsinin bu yarışda da həyata keçməsinin yeni hədəflər sırasında olduğunu deyib.
Azər Əliyev həmçinin OCEP-in məktəblilər üçün əhəmiyyətini və Olimpiya dəyərlərinin təbliğatı üçün çox uğurlu layihə olduğunu və bu işdə dəstək verdiyinə görə Avropa Olimpiya Komitəsinə öz təşəkkürünü bildirib.
Daha sonra Avropa Olimpiya Komitəsinin nümayəndəsi Canluka de Angelis proqramın əhəmiyyətindən danışaraq, ilk gündən etibarən bu proqramı həm şəxsən, həm də Avropa Olimpiya Komitəsi olaraq dəstəklədiklərini deyib. Gələcəkdə də EYOF-un tərkib hissəsi olaraq davam etməsini hər tərəfli dəstəkləyəcəklərini qeyd edib.
Sonra Azərbaycan Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov çıxış edərək nazirliyin proqramı tam dəstəklədiyini bildirib, Milli Olimpiya Komitəsinin rəhbərliyinə öz minnətdarlığını çatdırıb. O, belə layihələrin məktəblilərin inkişafi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
OCEP məktəbliləri Ümid Yusifli, Qumral Yusifli, Xədicə Seyidova və Nərminə Xələfova öz növbələrində Maribor-2023 çərçivəsində Sloveniyaya gəldikərinə görə çox sevindiklərini və proqram üzrə ölkəmizi layiqincə təmsil edəcəklərini bildiriblər.
Sonda xatirə şəkili çəkilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks
-
Azərbaycan çempionatı başa çatıb
21.09.2026, 10:33 Su idman növləri
-
Atletimiz dünya çempionatında iştirak edib
21.09.2026, 10:12 Atletika
-
Cüdoçumuz veteranlar arasında dünya çempionu olub
20.09.2026, 22:25 Cüdo
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
20.09.2026, 10:36 Gündəm
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
20.09.2026, 09:00 Gündəm
-
AFFA və Pakistan Futbol Federasiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
18.09.2026, 15:40 Futbol
-
Güləşçilərimiz dünya çempionatına Göygöldə hazırlaşacaqlar
18.09.2026, 15:20 Güləş
-
Cüdo millimizin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
18.09.2026, 15:05 Cüdo
-
“Olimpsport” jurnalının yeni buraxılışı işıq üzü görüb
18.09.2026, 14:30 Olimpiya dünyası
-
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkü atılıb
18.09.2026, 13:45 Futbol
-
Ümumdünya Şahmat Olimpiadası davam edir
18.09.2026, 12:33 Şahmat
-
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
18.09.2026, 10:53 Formula 1
-
Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
18.09.2026, 10:05 Boks
-
Azərbaycan Basketbol Liqasında yeni mövsümün açılış oyununun tarixi müəyyənləşib
17.09.2026, 16:25 Basketbol
-
Azərbaycan Kubokunun final matçı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək
17.09.2026, 15:17 Futbol
-
Azərbaycan milliləri bu gün Ümumdünya Şahmat Olimpiadasında Filippin və Danimarka ilə qarşılaşacaqlar
17.09.2026, 10:11 Şahmat
-
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
17.09.2026, 01:29 Futbol