Professor Dilqəm Quliyevin 73 yaşı tamam olur
Olimpizm xəbərləri
06.08.2023, 13:35
Bu gün Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin doğum günüdür.
Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun (indiki Kəngərli rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Təhsilini Şahtaxtı kənd orta məktəbində almışdır (1958-1968). 1969-1970-ci illərdə Rusiyanın Lipetsk şəhərində xidmət etmişdir. 1970-ci ildə Bakı Maliyyə-Kredit texnikumunu bitirmiş, 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqoji fakültəsini fərqlənmə diplomu ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövləi İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu (2004) bitirmişdir.
Dövlət tərəfindən 12 may 2013-cü ildə Milli Olimpiya Komitəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə nəşr olunmuş «Azərbaycanın idman tarixində Heydər Əliyev mərhələləri», 25 may 2018-ci ildə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində bədən tərbiyəsi və idmanın inkişafı” (1918-2018), 10 sentyabr 2022-ci ildə Şuşa şəhərində “Qarabağın idman tarixi” və 5 aprel 2023-cü il “Təhsildən səngərə - səngərdən əbədiyyətə” (Qarabağ müharibəsində İdman Akademiyasının şəhidləri), 1 may 2023-cü ildə ADBTİA Elmi İnnovasiyalar Mərkəzinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Mənim üçün Heydər Əliyev həmişə etalon olub” adlı video-təqdimat keçirilib. 2023-cü mayın 3-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Heydər Əliyev, müasir idman və Olimpiya hərəkatı” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Dılqəm Quliyev beşnövçülük üzrə idman ustası (1970), Sərbəst güləş üzrə SSRİ idman ustası (1972), pedaqogika üzrə fəlsəfə doktoru (1994), dosent (1996), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), «Tərəqqi» medalına layiq görülmüş (2001), professor (2004), pedaqogika üzrə elmlər doktoru (2018), Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994), «Əməkdar bədən tərbiyəsi və idman xadimi» (2006), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 10 qat «ilin ən yaxşı tədqiqatçı jurnalisti», 2018-ci ildə isə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «İlin elm adamı” adına layiq görülmüşdür. 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyi (AVMVİB) tərəfindən “Milli Ordunun -100 illik” yubiley medalı ilə təltif olunmuşdur. Həmin ildən Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyinin Nərimanov rayon şöbəsinin Fəxri üzvü seçilmişdir.
Bədən tərbiyəsi və idmanda göstərdiyi fəaliyyətə görə Azərbaycan komsomolunun fəxri fərmanı (1978), ÜİLKGİ MK-nın fəxri fərmanı və döş nişanı (1988), General Həzi Aslanov adına fəxri fərmanı (1995), Kamil sənətkar fəxri diplomu (1995), İnam və Şərəf diplomu (1996), Azərbaycan bayrağı mükafatı laureatı (1998), Nurlu qələm ustası (2000), «Qızıl qələm» media mükafatı laureatı (2003) və b. mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2021-ci il tarixli 2498 nömrəli Sərəncamına əsasən fərdi təqaüdçüsüdür. 2022-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) tərəfindən “Azərbaycan Vətən Müharibəsi Veteranlarının İctımai Birliyiyinin 25 illik” yubiley medalı, 01 aprel 2023-cü il tarixfə isə “Böyük Zəfər” medalı ilə təltif olunmuşdur. Dilqəm Quliyevin 500-ə yaxın əsəri və 400-dən çox elmi-pedaqoji və publisistik qəzet məqalələri çap olunmuşdur.
Fürsətdəm istifadə edib Dilqəm Quliyevi “Olimpiya dünyası” qəzetinin kollektivi adından tərbrik edir, ona bu yorulmaz fəaliyyətində uğurlar diləyirik.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Çimərlik voleybolçularımız mükafatçılar sırasında
Bugün, 01:30 Voleybol
-
Sərbəst güləş millimiz rekorda imza atdı
Bugün, 00:53 Gündəm
-
Beynəlxalq turnirin finalçıları ilə görüş olub
12.07.2026, 19:04 Olimpiya dünyası
-
Olimpiya mükafatçısı Milli Gimnastika Arenasında ustad dərsi keçib
12.07.2026, 18:39 Gimnastika
-
Ruslan Lunyov Avropa Kubokunda qızıl medal qazanıb
12.07.2026, 10:16 Güllə atıcılığı
-
Gimnastlarımız Portuqaliyada beynəlxalq turniri 12 medalla başa vurublar
12.07.2026, 09:53 Gimnastika
-
DÇ-2026-nın yarımfinal cutləri müəyyənləşib
12.07.2026, 09:33 Futbol
-
DÇ-2026: Argentina millisi yarımfinala vəsiqə qazandı
12.07.2026, 08:08 Futbol
-
Dünya çempionatı: İngiltərə millisi yarımfinalda
12.07.2026, 04:00 Futbol
-
Güləşçimiz Avropa çempionu oldu
12.07.2026, 00:48 Güləş
-
Azərbaycan millisi Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub
10.07.2026, 16:09 Son xəbər
-
Azərbaycan klublarının Avropa Liqasında 300-cü qolu
10.07.2026, 15:45 Futbol
-
Yeni baş məşqçinin köməkçiləri müəyyənləşib
10.07.2026, 15:18 Futbol
-
Dünya çempionatında 1/4 final mərhələsinin ikinci oyunu keçiriləcək
10.07.2026, 14:47 Futbol
-
Musa Quelini "Şəfa"da
10.07.2026, 14:14 Futbol
-
Boksçularımız beynəlxalq turnirdə
10.07.2026, 13:40 Boks
-
“Gəncə”nin üç voleybolçusu milli komandalara dəvət alıb
10.07.2026, 13:22 Voleybol
-
"Seltik"də çıxış edəcəyim üçün çox xoşbəxtəm
10.07.2026, 12:54 Futbol
-
Modriç Xorvatiya millisindəki karyerasını başa vurmaq niyyətində deyil
10.07.2026, 12:18 Futbol
-
Azərbaycan UEFA reytinqində bu həftə ən çox əmsal toplayan 2 ölkədən biridir
10.07.2026, 11:48 Futbol
-
"Neftçi" bu gün növbəti yoxlama oyununu keçirəcək
10.07.2026, 10:32 Futbol
-
Fransa millisi dünya çempionatında ilk yarımfinalçı olub
10.07.2026, 03:40 Futbol
-
AMADA "Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması" proqramına start verib
09.07.2026, 14:48 AMADA
-
Azərbaycanı beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq
09.07.2026, 14:28 Olimpizm xəbərləri
-
Azərbaycanın 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib
07.07.2026, 22:42 Basketbol
-
DÇ-2026: Argentina əzmkar qələbə ilə 1/4 finalda
07.07.2026, 22:10 Futbol
-
Çempionlar Liqası: “Sabah” Bakıda UELS təmsilçisinə qalib gəldi
07.07.2026, 21:00 Futbol
-
BOK Rusiya Olimpiya Komitəsi ilə bağlı qərarını yumşaldıb
07.07.2026, 20:37 Olimpizm xəbərləri
-
AMADA və Qış İdman Növləri Federasiyası dopinq əleyhinə onlayn təlim təşkil edib
07.07.2026, 19:46 AMADA
-
"Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nun açılış mərasimi keçirilib
07.07.2026, 13:51 Olimpiya dünyası
-
Qubada yenilənmiş güləş zalı istifadəyə verilib
07.07.2026, 13:48 Güləş
-
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi keçirilib
07.07.2026, 13:18 Gündəm
-
DÇ-2026: İspaniya millisi don dəqiqələrdə 1/4 finala vəsiqə qazandı
07.07.2026, 01:05 Futbol
-
Cəmil Əliyevə növbəti sertifikat təqdim olunub
06.07.2026, 17:41 Su idman növləri