“Bütün dövrlərin ən yaxşı yürüşçüsü” - yaşayan əfsanə
Olimpizm xəbərləri
19.09.2023, 12:03
Onu heç bir qəza və ciddi zədə finişdən ayıra bilmirdi
Belçikalı Eddi Merks nüfuzlu velosiped yarışı olan “Tur de Frans”da 5 qat qələbə qazanmaqla rekordçu hesab olunur. Uşaq yaşlarından ürəyində yaranmış ciddi problemlərə baxmayaraq, velosiped yarışlarında o, bütün rəqiblərini qabaqlaya bilirdi. Merks 1960-cı illərin sonlarından 70-ci ilin əvvəllərinə qədər şose yarışlarında rəqibsiz velosipedçilərdən sayılırdı. Onun bu uğurlarının nəticəsidir ki, o, öz ölkəsində “bütün dövrlərin ən yaxşı belçikalısı” nominasiyasında hələ də birincidir. “Olimpiya dünyası” qəzeti “Sönməyən ulduzlar” rubrikası altında əfsanəvi velosipedçi haqqında yazını çoxsaylı oxucularına təqdim edir. 1968-ci ildə dünyanın ən yaxşı velosiped yarışlarında biri olan “Ciro d İtaliya”da 22 yaşlı Eddi Merks də iştirak edirdi. Yarış zamanı gənc velosipedçinin ürəyindəki problemlər özünü büruzə verdi. Lakin o, buna əhəmiyyət verməyərək, çıxışını davam etdirdi. Yarışdan sonra ürəyini kardeoqrama etdirən Merksə hipertofik kardiomiopatiya diaqnozu qoyuldu. Bu xəstəlik gənc yaşda qəfil ölümə gətirib çıxara bilir. Maraqlıdır ki, təşkilatçılar Merksi həmin vaxtı yürüşdən kənarlaşdırmadılar. O nəinki, finişə çatdı, hətta yarışın qalibi adını qazandı. Eddi Merksin bu xəstəliyi ona irsi olaraq gəlib çatmışdı. Atası və babası da gənc yaşda bu səbəbdən həyatla vidalaşmışdılar. Bu problem səbəbindən o, müxtəlif vaxtlarda dərman qəbul edirdi. Yaxşı bilirdi ki, irsi keçən bu xəstəlik hər zaman onu, məyus edə bilər. Buna baxmayaraq, o, velosiped sevgisinə sadiq qalaraq, Beynəlxalq Velosipedçilər İttifaqının versiyasına görə “XX əsrin ən yaxşı veloyürüşçüsü” tituluna da yiyələnmişdi. Qısa zaman ərzində böyük uğurlar qazanmasına baxmayaraq, Merks özünü əsl idmançılara xas olan tərzdə çox sadə aparırdı. Müsahibələrindən birində özü barədə demişdi: “Mənim haqqımda insanların dediyi xoş sözləri, səmimi qəbul etsəm də, bununla razılaşmıram. Özümü “ən yaxşı” hesab etmirəm. Düzdür, öz dövrümün ən yaxşı velosipedçisi hesab olunuram. Amma rəqiblərimdən özümü üstün hesab etmirəm. Yalnız qələbəni əsas götürüb, velosiped sürməmişəm. Mənim üçün veloidman və yürüş etmək hər şeydən öndədir. Bu səbəbdəndir ki, hər zaman iştirak etdiyim yarışlarda finişi birinci keçmişəm. Haqqımda deyiləndə ki, “mən yaxşıların yaxşısıyam”, - bu cümlə ürəyimcə olmur”.

“Məktəbin daşını birdəfəlik atdım” Baron Eduard Lui Jozef Merks və ya sadəcə Eddi Merks 1945-ci il iyun ayının 17-də Belçikanın Mense - Kizeqem şəhərində dünyaya göz açıb. Ailədə üç övladdan biri olub. Valideynləri Brüsseldə ərzaq satışı ilə məşğul idilər. Eddinin ilk velosipedini valideynləri ona doğumunun dördüncü günündə hədiyyə etmişdilər. Tədricən velosipedin ətrafında böyüyən Eddi hiss olunurdu ki, gələcəkdə bu idman növünə maraq göstərəcək. “Uşaq yaşlarımdan velosipedə böyük sevgi yaranmışdı. Atamdan bir neçə dəfə xahiş etmişdim ki, məni “Tur de Frans” yarışlarına aparsın və həmin yürüşçüləri orada yaxından izləyim. Lakin işinin çox olması səbəbindən atam məni həmin yarışlara apara bilmirdi. Çıxış yolunu yarışların radioreportajında tapmışdım. Saatlarla radio qarşısında oturub, yürüşdə iştirak edən velosipedçilərin adlarını dinləyirdim. Məktəb, dərs artıq məni maraqlandırmırdı. Bu isə ailədə böyük narazılıqlar yaratmışdı. Sonda mən qalib gəldim. Veloyürüşlə məşğul olub, məktəbin daşını birdəfəlik atdım. Müəllimlərim deyirdilər ki, veloidman iş deyil. Sən onunla heç vaxt nüfuz və karyera əldə edə bilməyəcəksən. Məktəblə vaxtından əvvəl vidalaşanda valideynlərim böyük səhvə yol verdiyimi dedilər. 16 yaşımda həvəskarlar arasında Belçika çempionu oldum, bununla da onların mənə qarşı münasibəti dəyişdi. Bu uğurdan sonra ölkəmin peşəkar velosipedçilərindən biri olan Felisyen Varvekin yanında məşqlərə başladım. Mütəxəssislər onu Avropanın ən istedadlı veloyürüşçüsü hesab edirdilər. Sual verə bilərsiniz ki, velosiped sürməkdə istedad nəyə lazımdır? Çoxları düşünür ki, velosiped üzərinə oturub, pedalı hərləmək adi bir işdir. Bunun üçün fiziki güc, normal qan təzyiqi tələb olunur. Amma bu göründüyü kimi sadə deyil. Velosipeddə uğur qazanmaq üçün hədsiz əziyyət çəkməlisən. Əziyyət çəkməyə məhkumsan. Bir an belə özünə sərbəstlik verməməlisən. Belə olduğu təqdirdə sən hamını qabaqlayıb, finişi birinci keçəcəksən”, - deyə o vuğulayıb.
Eddi Merksin ilk böyük uğuru çoxgünlük Qrand-tur yarışlarında olub. 1968-ci ildə “Ciro d İtaliya” yarışları o qələbə qazandı. 22 yaşında əsas təsnifatda uğur əldə edən idmançı ürəyində yaranmış ağrıları artıq daha çox hiss edirdi. Ciro yarışı həmin vaxt böyük dopinq qalmaqalları ilə yadda qalmışdı. İştirakçılardan səkkizinin qanında qadağan olunmuş preparat aşkar olunmuşdu. Onların arasında Merksin adı yox idi. Növbəti il Merks həmin yarışa çempion kimi qoşulmuşdu. O, ümumi hesabda 10-cu mərhələyə qədər liderliyi əldən vermişdi. 14-cü mərhələdə “Ciro d İtaliya”nın ən nüfuzlusu hesab olunan çəhrayı köynəyi geri qaytara bilmişdi. 16-cı mərhələdə iştirakçılardan dopinq test götürüldü. Merksin qanında sinir sistemini stimullaşdıran fenkanfamin maddəsi aşkarlandı. Merks bununla razılaşmırdı. O bildirirdi ki, peşəkar idmançının hər hansı bir preparatdan istifadə etməsi qəbuledilməzdir. Bu yolla uğur qazanması isə Merks adına bir ləkədir. Merks yarışlardan diskvalifikasiya olunması və komanda nümayəndələrinin testlərdə iştirak etməməsinə etiraz etsə də, artıq qərar verilmişdi. 1969-cu ildə “Ciro d İtaliya” yarışında çempion titulunu qorumaq Eddiyə müəssər olmadı. Onu yarışlardan uzaqlaşdırdılar. “Bu hadisədən çox məyus olmuşdum. Mənə qarşı hədsiz haqsızlıqlara yol verilmişdi. Azarkeşlər tərəfindən mənə maddi və mənəvi dəstək təklif edilirdi. Lakin mən hər şeydən imtina etmişdim. Sanki həyatım qaralmışdı. Mənə elə gəlirdi ki, bu, karyeramın sonudur. Heç kimlə danışmaq istəmirdim. Hətta velosipedə belə yaxın gedə bilmirdim. Haqsızlığı həzm etmək mənim üçün çox ağır idi. Altı ay yarışlardan kənarda qalmalı idim. Belə olduğu təqdirdə “Tur de Frans -1969”dan kənarda qalırdım. Vaxt keçdikcə özümə yer tapa bilmirdim. Bu necə ola bilərdi ki, mən “Tur de Frans”dan kənarda qalım? Evdə oturub hər an xəbər gözləyirdim. Nəhayət o xəbər gəldi. Beynəlxalq Peşəkar Velosipedçilər Federasiyasından gələn məktub həyatıma yenidən işıq saçdı. Məktubda bildirilirdi ki, qanımda tapılan stimullaşdırıcı maddə həmin ərəfədə qurum tərəfindən açıqlanan dopinq siyahısında qeyd olunmayıb. Bu səbəbdən mənim yarışda iştirakıma icazə verilib. Bir sözlə, haqsızlıqla barışmaq zəflikdən xəbər verir. Mən onunla barışmadım, sona qədər irəli getdim”, - deyə Merks bildirib.
Eddi ona dəyən bu zərbədən sonra daha aqressiv bir idmançıya çevrilmişdi. Bu haqsızlıq idmançını daha iddialı etmişdi. “Tur de Frans”ın başlayacağı günə qədər özünə yer tapa bilmirdi. Nəhayət həmin gün gəlib çatdı. Bir nəfəsə və rəqiblərini göz önünə gətirmədən o startdan finişə doğru sürət yığdı. Məqsəd bir əvvəl “Ciro d İtaliya”nın revanşını almaq idi. O, arzusuna çatdı. Yarış ərzində bütün rəngli köynəklərə onun əynində rast gəlmək olurdu. Lakin bu qələbəni həzm edə bilməyənlər də az deyildi. Yarış boyu Merksi bir neçə dəfə dopinq testdən keçirsələr də, heç bir nəticə hasil edə bilmədilər.
(ardı var)
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK